Manisalı gənclər

Hər şey 25 dekabr 1995-ci ildə Türkiyənin Manisa bölgəsində 16 gəncin polis tərəfindən saxlanılması ilə başladı. Səbəb nə cinayət, nə də oğurluq idi. Əksəriyyəti orta məktəbin son sinif şagirdləri olan 16 gəncin saxlanılmasının tək səbəbi, bir vaqona “pullu təhsilə yox” yazmaqları idi.

Bu gənclər polis şöbəsində 11 günlük dindirmə müddətində işgəncəyə məruz qaldılar və 2.5 ay ilə 27 ay arasında həbs cəzası alıb cəzaçəkmə müəssisəsinə göndərildilər. Gənclərin analarından birinin qızı polis maşınına mindirilərkən dediyi “Aparmayın qızımı, o hələ çox balacadır!” fəryadı məhkəmə işinin simvollarından birinə çevrildi.

Daha sonra keçirilən məhkəmə proseslərində ifadələrinin işgəncə altında alınması və bundan başqa bir sübut olmaması faktlarına əsaslanılaraq onların günahsız olduqları sübuta yetirildi və 28 oktyabr 2000-ci ildə bəraət verildi.

Azadlığa çıxdıqdan sonra gənclər 10 polis işçisinə qarşı məhkəmə işi başlatdılar. Uzun illər davam edən məhkəmə prosesinin nəticəsində polislər işgəncə cinayətindən cəzalar aldılar. Ümumilikdə 85 il cəza alan polislərdən ən çox cəzanı isə 130 ay ilə polis məmuru aldı. Lakin bu qərar da polislərin özünü müdafiə haqlarından istifadə edə bilməməsi səbəbi ilə təsdiqlənmədi. Keçirilən 9 məhkəmə prosesinin heç birinə gəlməyən polislər, əslində, müddətin keçməsini gözləyirdilər, lakin bu müddətin keçməsinə 3 ay qalmış, məhkəmə tərəfindən təsdiqlənən qərarla işlər dəyişdi və polislər ən az 5, ən çoxu 12 il olmaqla cəza alaraq məsuliyyətə cəlb olundular.

Bu hadisələrdən sonra Türk Cəza Qanununda bir çox dəyişikliklər oldu, ən əsası isə, işgəncə ağır cinayətlərdən birinə çevrildi və cəzası artırıldı. Bundan başqa, ilk dəfə olaraq, işgəncə cinayətlərində müddətin keçməsi ilə bağlı məsuliyyətdən azad etmə ləğv edildi.

Gənclərin 16 il davam edən mübarizəsi nəticəsində, ilk olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə dövlət onların hər birinə 13.800 avro təzminat ödəməli oldu. Daha sonra isə Daxili İşlər Nazirliyi tərəfindən adambaşına 10 min lirə təzminat ödənilməsi qərarına məbləğin az olması səbəbi ilə etiraz edən gənclər, sonda 10-25 min arası təzminat ödənilməsinə nail ola bildilər.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.