Maddi zərər

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 31.05.02 tarixli qərarına nəzər salaq: ??

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki: Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Buna görə də Azərbaycan Respublikası qanunverciliyində əldən çıxmış fayda tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi çıxış edir. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. ?

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#xalqüçün#konstitusiya#qanun#məhkəmə#dövlət

Leave a Reply

Your email address will not be published.