Məişət zorakılığı (R v Ahluwalia)

1991-ci ildə ailə içi şiddətin zorakılıq kimi elan edilməsindən bir il sonra, məhkəməyə 10 ildən çoxdur əri tərəfindən zorakılığa və istismara məruz qalan Kiranjit Ahluwalia məsələsi gəldi. O, yatmış ərini yandırmaqda təqsirli bilinirdi. Uzun müddətli ailə içi şiddət səbəbindən yaranan qəzəblə törədilmiş bu cinayət feministlər və məişət zorakılığı qrupları üçün müzakirə mövzusuna çevrilmişdi.

Nəhayət, məsuliyyətin azaldılması barəsində qərar qəbul edildi və bu hadisə cəmiyyətdə cinsi ayrıseçkiliyin azaldılması və insanların məişət zorakılığı ilə bağlı məlumatlandırılması üçün baza kimi istifadə edildi. Ahluwalianın məhkəməsi onun sərbəst buraxılması ilə nəticələndi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.