Kruzan Missuri Səhiyyə Departamentinə qarşı

Kruzan / Missuri Səhiyyə Departamenti, 1990.

Konstitusiya bir insanın, onun həyatı üçün əhəmiyyət kəsb edən müalicəni rədd etmə hüququnu (onların “ölmək hüququ”nu) qoruyarkən, tənzimləmə məqbul olduğu təqdirdə, dövlətlər bu marağı tənzimləyə bilər.

Öz növbəsində, Kruzan mübahisəsi bu məsələ ilə bağlı ən önəmli mübahisələrdən biridir və burada da söhbət passiv evtanaziyanın tətbiqindən gedirdi.

Ümumiyyətlə, tibbdə aktiv və passiv evtanaziya anlayışları vardır. Aktiv evtanaziya müəyyən tibbi üsullarla, məsələn, xəstəyə yüksək dozada morfin verilməsi ilə həyata keçirilir. Passiv evtanaziya isə, özündə müdaxiləsiz davranışı ehtiva edir, bu zaman xəstənin həyatını davam etdirməsi üçün lazımi olan tibbi dəstəyin tətbiqindən imtina edilir və ölüm sürətləndirilir. Beləliklə, aktiv evtanaziyada hərəkət, passiv evtanaziyada isə, hərəkətsizlik ölümə səbəb olur.

Kruzan mübahisəsinə səbəb olan hadisə, Nensi Kruzan adlı qadının 25 yaşında keçirdiyi avtomobil qəzasında aldığı xəsarətlər nəticəsində qalıcı olaraq komaya düşməsi idi. Həkimlər onun ən çox 30 il yaşaya biləcəyini deyirdi.

O, əvvəllər yaxınları ilə olan bir neçə söhbətində öz gələcəyindən ümidsiz şəkildə yaşamaq istəmədiyini qeyd etmiş, hətta bir dəfə nənəsinin uzun çəkən xəstəlikdən sonra vəfat etməsini nəticəsiz müalicələrlə müqayisə edərək, ölümün onun üçün daha yaxşı aqibət olduğunu qeyd etmişdi.

Ailəsi bütün bu fikirləri nəzərə alaraq, onun həyatda qalmasına səbəb olan qidalanma borusunun çəkilməsi ilə həyatına son qoyulmasına dair Missuri Məhkəməsinə tələb irəli sürmüşdü, çünki dövlət xəstəxanası bunu məhkəmə qərarı olmadan icra etməkdən imtina edirdi. Məhkəmə müalicənin geri götürülməsinin həqiqətən də xəstənin istədiyi şey olduğuna yalnız açıq və inandırıcı dəlillərlə icazə verirdi. Beləliklə, Məhkəmə heç bir dövlət marağının şəxsin “azadlıq hüququ”ndan üstün olmadığını və iddianın rədd edilməsinin qeyri-hüquqi nəticə olacağını əsas götürərək, xanım Kruzanın lehinə qərar verdi.

Həmçinin, Məhkəmə bildirdi ki, bu kimi vəziyyətlərdə sui-istifadə hallarından qorunma ehtiyacı nəzərə alınaraq, qərar dövlət standartlarına uyğun olduğu müddətcə, pasientə tibbi dəstək davam etdirilə bilər.

? Sizcə, məhkəmə düzgün qərar verib?
Ümumiyyətlə, evtanaziya bütün ölkələrdə leqallaşdırılmalıdır, yoxsa, cinayət əməli kimi qəbul olunmalıdır? Fikirləriniz önəmlidir.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.