Kömək, yoxsa cinayət? Beynəlxalq hüquq nə deyir?

“Dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi”nin 2-ci maddəsinə əsasən, dövlətin hərəkəti beynəlxalq hüquqla nəzərdə tutulduğu və dövlətin beynəlxalq öhdəliyinin pozulmasını təşkil etdiyi halda məsuliyyət yaradır. Həmin sənədə əsasən, beynəlxalq hüquq dövlətə, onun bu və ya digər strukturlarından, orqanlarından, onlar arasında səlahiyyət bölgüsündən asılı olmayaraq, bütöv anlayış kimi yanaşır.

Həmçinin, həmin sənədin 16-cı maddəsinə əsasən, beynəlxalq hüquqa zidd bir əməli törətməkdə olan başqa bir dövlətə kömək edən dövlət, buna görə beynəlxalq səviyyədə məsuliyyət daşıyır, əgər:
a) həmin dövlət beynəlxalq hüquqa zidd hərəkətin törədilməsinə kömək etdiyini bilir və bunu edirsə;
b) həmin hərəkət kömək edən dövlət tərəfindən birbaşa törədilsəydi, beynəlxalq hüququn normalarını pozmuş olardı.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#Karabakh#Qarabağ

Leave a Reply

Your email address will not be published.