Kolumbiya Bölgəsi Hellerə qarşı

“District of Columbia v. Heller” – 2008.

Kolumbiya Bölgəsi Qanununun müddəaları qeydiyyatsız odlu silah gəzdirməyi qanunsuz qəbul edir və tapança qeydiyyatını qadağan edirdi. Lakin polis rəisi tapança üçün bir illik lisenziyaya müraciət edə bilərdi. Həmçinin, Məcəllədə qanuni qaydada qeydiyyata alınmış odlu silah sahiblərindən silahlarının iş yerində olmadıqda və ya qanuni fəaliyyət üçün istifadə edilmədikləri təqdirdə boşaldılmasını və sökülməsini və ya tətik kilidi və ya digər oxşar cihazla bağlanmasını tələb edən müddəalar da yer alırdı.

Dik Entoni Heller, vəzifə başında olarkən tapança götürməyə icazə verilmiş DC xüsusi polis məmuru idi. O, evdə saxlamaq istədiyi bir tapançaya görə bir illik lisenziya üçün müraciət etmiş, lakin müraciəti rədd edilmişdi. Buna görə Heller Kolumbiya Bölgəsini məhkəməyə verdi. O, Məcəllənin müvafiq hissələrinin icrasını tələb etdi və evində işlək odlu silahı lisenziyasız saxlama barədə İkinci Dəyişiklik hüququnu pozduqlarını iddia etdi. Lakin rayon məhkəməsi şikayəti rədd etdi.

ABŞ-ın Kolumbiya Bölgəsi Dairəsi üzrə Apellyasiya Məhkəməsi isə İkinci Dəyişikliyin özünümüdafiə məqsədi ilə evdə odlu silah saxlamaq hüququnu qoruduğunu və Kolumbiya Bölgəsinin evdə saxlanılan odlu silahların işlək olmaması barədə müddəalarının bu hüququ pozduğunu bildirdi. Beləliklə, 26 iyun 2008-ci il tarixində, Ali Məhkəmənin 5/4 səs çoxluğu ilə qəbul edilən qərarına əsasən bu qanun ləğv edildi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.