Kaliforniya əyalətinin xalqı və Orental Ceyms Simpson

Bu məhkəmə işinə “Əsrin məhkəməsi” adı verilmişdi. Belə ki, O.C.Simpson 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və rəfiqəsi Ron Qoldmanın qətlinə görə iki cinayət maddəsi ilə ittiham edilirdi.

Bütün ölkənin gözü bu məhkəmə prosesində idi (95 milyon insan onu canlı izləyirdi). Bu məşhur müttəhim yüksək səviyyəli vəkil komandası ilə təmsil olunurdu (bu, o vaxtlar “arzuların komandası” adlanırdı), həm də məhkəmədə o vaxta qədər görülməmiş sayda media nümayəndəsi yer alırdı. Məhkəmə işinin əhatə dairəsi o qədər geniş idi ki, 11 aya qədər davam edən məhkəmə prosesində bir neçə dəfə təxirə salınmalar və gecikmələr yaşanmışdı.

Məhkəmənin işi şahidlərin öz ifadələrini mətbuata satmağa başlamasından sonra daha da çətinləşdi. Münsiflər heyətini seçmək də çox mübahisəli məsələyə çevrilmişdi, çünki Simpsonun işinin gecə-gündüz işıqlandırılması bu cinayət işində tərəfsiz qala bilən münsifləri tapmağı daha da çətinləşdirirdi. Məhkəmə müddətində 10 münsif müxtəlif səbəblərdən vəzifədən azad edildi və son iclasda heyətdən sadəcə 4 nəfər qaldı.

Bu məhkəmə prosesinin “Court TV” və digər xəbər agentlikləri tərəfindən televizorda yayımlanması Amerika xalqını məhkəmə zalına dəvət etdi. Bir ay davam edən uzun məhkəmə iclaslarından və ziddiyyətli şahid ifadələrindən sonra Simpson cinayətlərdə təqsirsiz elan edildi. Bu qərar xalq arasında böyük təəccüblə qarşılandı. Şəhərin afroamerikalı əhalisi qərarın ədalətli olduğunu müdafiə etsə də, ağdərililərin əksəriyyəti bunun yanlış olduğunu və əksəriyyəti afroamerikalı münsiflərdən ibarət olan məhkəmə tərkibinin irqi ayrı-seçkilik etdiyini düşünürdü.

Xanım Braun və Qoldmanın ailələri tərəfindən 1997-ci ildə yenidən açılan məhkəmə işində Simpson hər iki qətldən günahkar hesab edildi. Ailələrə ümumilikdə 33,5 milyon dollar təzminat hesablansa da, onlar bunun çox az hissəsini ala bildilər.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.