İnzibati Xətalar Məcəlləsindəki yüngülləşdirici hallar kimlərə tətbiq olunmalıdır?

İnzibati Xətalar Məcəlləsinin (İXM) 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir:

– inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;

– inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;

– inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi;

– inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;

– inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;

– inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

– törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi.

Leave a Reply

Your email address will not be published.