İlkin mediasiya sessiyasında iştirak tələb olunacaq

2020-ci il iyulun 1-dən başlayaraq iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Nazirlər Kabinetinin 15 iyul qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:

ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;

əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;

iqtisadi mübahisələr üzrə – iddia qiyməti 500 manatadək olduqda 20 manat; iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda – 40 manat; iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda – 60 manat; iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda – 100 manat; iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda – 200 manat; iddia qiyməti 50000 manatdan çox olduqda – 400 manat.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox ola bilməz.

Leave a Reply

Your email address will not be published.