“Hüquq və Gənc Hüquqşünaslar” layihəsi

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə əla fürsət!
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə , Dövlət Miqrasiya Xidməti ,“Miqrasiya Könüllüsü” İctimai Birliyi ,“ELSA Azerbaijan”və “ProDemos” İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquq və Gənc Hüquqşünaslar” layihəsinə tezliklə start veriləcək.
13-cü qrant müsabiqəsinin qalibi olan Miqrasiya Könüllüsü Əli Mirzəyev tərəfindən həyata keçirilən “Hüquq və Gənc Hüquqşünaslar” layihəsi çərçivəsində siz gənclər üçün tədris olunan hüquqi materialları yaxından izləmək imkanı və öz bacarıqlarınızı inkişaf etdirmək şəraiti yaradılacaqdır.Təlim mövzuları hüququn fərqli sahələrini əhatə edəcəkdir ki, təlim vasitəsi ilə hüququn fərqli sahələrindən hərtərəfli biliklər əldə edə biləcəksiniz. Layihə siz-hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə arasında hüquqi məlumatların dərinləşməsinə və hüquqi təcrübənin artırılmasına xidmət edəcəkdir.
Layihə müddətində müasir hüquq sisteminin əsaslarını, beynəlxalq hüquq ,mülki hüquq, miqrasiya hüququ və mediasiya hüququ kateqoriyalarını dərindən mənimsəyərək, öz biliklərinizi formalaşdırmaq və ölkədə inkişaf edən yeni hüquq sahələri haqqında yeni biliklər əldə etmək imkanı qazanmaq sizə gələcəkdə peşəkar hüquqşünas olmağa kömək edəcək!

Leave a Reply

Your email address will not be published.