Hollivud Gümüş Tülkü Ferması / Emmetə qarşı

“Hollivud Gümüş Tülkü Ferması / Emmetə qarşı” – 1936.

Heç musiqinin səsini sadəcə sizi əsəbləşdirmək üçün ucaldan qonşuya rast gəlmisiniz? Əgər sizin haqlı, onların isə haqsız olduğu sübut olunursa, buna görə Hollivud Gümüş Tülkü Fermasına təşəkkür etməlisiz. Ancaq bu iş, tam olaraq, yüksək səsli musiqi ilə bağlı deyil.

Qonşu Emmetin, Gümüş Tülkü Fermasının sahibləri ilə mübahisəsi olduğu üçün onların işinə mane olmağa çalışırdı. Gümüş tülkülər son dərəcə aqressiv heyvanlardırlar və əgər çox narahat edilsələr, hətta, balaları ölə bilər. Bu səbəbdən, Emmet qəsdən heyvanları narahat edərək qonşusunun işinə mane olmaq üçün fermanın istehsal yeri yaxınlığında odlu silahdan atəş açırdı. Beləcə, heyvanları qorxudaraq saylarının artmasının qarşısını alacaq və qonşusuna maddi ziyan vuracaqdı.

Emmet məhkəmədə heyvanların qeyri-normal dərəcədə həssas olduqlarını və öz ərazisini istədiyi şəkildə istifadə edə biləcəyini deyərək özünü müdafiə etdi. Lakin hakim heç kəsin öz torpağında səs çıxarmaq kimi mütləq hüququ olmadığı qərarını qəbul etdi. Çünki qanunun şəxsə verdiyi hər hansı hüquq başqa birinin narahatlığına səbəb olmaması ilə şərtlənir.

Beləliklə, şəxsin öz torpağında istədiyi kimi hərəkət etməsi məsələsi, yalnız bu hərəkətlər qanuni və ağlabatan olduqda həyata keçirilə bilər. Eləcə də, öz torpağında yüksək səslə hər hansı fəaliyyəti icra etmək, yalnız bu hal qonşulara narahatlıq yaratmayacağı təqdirdə mümkündür.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.