“ProDemos-Xalq üçün” layihəsinin növbəti qonağı Londonda barrister (məhkəmədə çıxış etmək hüququna malik vəkil) vəzifəsini icra edən ilk azərbaycanlı və “Mergul Law” hüquq şirkətinin təsisçisi Rauf Xəlilov olmuşdur.

Müsahibə zamanı qonağımız Böyük Britaniyada hüquq təhsili, vəkillik fəaliyyəti və “Mergul Law” şirkətinin fəaliyyət sahələri  barəsində məlumat vermişdir.

“Bir peşədə çalışırsınızsa və sizə orada dəyər vermirlərsə orada durmağın mənası yoxdur”-, deyən qonağımız Rauf Xəlilov sonda gənc hüquqşünaslara və hüquqşünas tələbələrə öz tövsiyələrini vermişdir.

Əgər siz də İngiltərədə təhsil almaq fikrindəsinizsə qonağımızla olan müsahibəmizi izləməyi unutmayın!

Leave a Reply

Your email address will not be published.