DXR və ya EGOV portalında “işsizlik statusunun və işsizlik müavinətinin verilməsi” xidmətindən istifadə qaydası ?

I. Xidmətin adı – işsiz statusunun və işsizlik müavinətinin verilməsi

II. Xidmətin məzmunu – Bu xidmət işsiz statusunun və işsizlik müavinətinin verilməsi ilə bağlı münasibətləri əhatə edir. Xidmətin nəticəsində işsizlik statusu verilir və müavinət təyin edilir və ya bu statusun verilməsindən imtina edilir

III. Hara müraciət etməli – Həftənin 1-5-ci günləri, saat 09:00-18:00 (13:00-14:00 arası fasilə vaxtıdır) arasında Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin inzibati binaları

IV. Hansı sənədlər lazımdır? – Şəxsin yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış; şəxsiyyəti təsdiq edən sənəd; yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış; peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda); əmək kitabçası (yaxud onu əvəz edən sənəd); pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) , yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış; himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti

V.Ödəniş – xidmət ödənişsizdir.

Leave a Reply

Your email address will not be published.