DXR və ya EGOV portalında “Əlçatan metro” xidmətindən istifadə qaydası?
DXR və ya EGOV portalında “Əlçatan metro” xidmətindən istifadə qaydası?
DXR və ya EGOV portalında “Əlçatan metro” xidmətindən istifadə qaydası?

I.Xidmətin adı – “Əlçatan metro” – hərəkət imkanı məhdud şəxslərin metropolitendə müşayiət edilməsi

II.Xidmətin məzmunu – “Bakı Metropoliteni”QSC-nin istismar olunan stansiyalarının ərazisində yerimə imkanları məhdud olan sərnişinləri (əlil arabası, uşaq arabacıqları, əsa və qoltuqaltı ağaclarla hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, ahıllar, yükü olan hamilə qadınlar) qarşılayıb, onları metropoliten ərazisində — stansiyaların nəzarət-buraxliş məntəqəsində, sərnişin platformalarında, qatarlarda, eskalatorlarda müşayiət etmək.

III.Necə müraciət etmək olar – Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən qeyd edilmiş şəxslər ən azı 1 saat, ən çoxu 24 saat əvvəlcədən metropoliten üzrə növbətçiyə +994 50 268 00 65
nömrəli telefona zəng etməklə və ya mesaj göndərməklə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.

IV. Xidmətin göstərildiyi saatlar və xidmət haqqı – Sifariş sərnişin axınının gur vaxtı olan səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət istisna olmaqla 09:00-dan 21:00-dək icra olunur. Xidmət haqqı pulsuzdur (metrodan istifadə haqqı nəzərə alınmır).

Leave a Reply

Your email address will not be published.