Corc Floyd işində yenilik

Minneapolis şəhər səlahiyyətliləri, 2020-ci ilin may ayında şəhərdə polis müdaxiləsi nəticəsində həyatını itirən Corc Floydun ailəsi ilə, onlara 27 milyon ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsinin müqabilində mülki iddiaya xitam verilməsi barədə məhkəmədən kənar bir razılığa gəliblər. Mülki iddiaya xitam verilməsi üçün Floydun ailəsinə təzminatın ödənilməsi Minneapolis Şəhər Şurası tərəfindən yekdilliklə təsdiqlənib. Qeyd etmək istərdik ki, bu, Minnesota ştatının tarixində rekord məbləğdə təzminatdır.

Paralel olaraq, Corcun öldürülməsi ilə ittiham olunan keçmiş polis məmuru Derek Çauvinə qarşı cinayət işi davam edir. Bununla bağlı ilk məhkəmə iclası 29 martda baş tutacaq. Hazırda 12 andlı iclasçıdan 6-sı seçilib.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#icantbreathe#georgefloyd#blacklivesmatter

Leave a Reply

Your email address will not be published.