2010-cu il istehsalı olan bu film Betty Anne Waters’in gerçək həyat hekayəsindən götürülmüşdür. Hekayə 1980-ci ildə Waters’in qardaşı Kenny’nin cinayətdə günahkar bilinib tutulması ilə başlayır. Kenny’nin əleyhinə şahidlik edən 3 nəfər var. Həbsə düşdükdən 3 il sonra uzun müddətdir qardaşından xəbər ala bilməyən Waters həbsxanada qardaşının intihara cəhd etdiyini öyrənir. Qardaşını həbsxanadan çıxarmaq üçün yenidən oxuyub vəkil olmaq qərarına gələn Betty onun bu qərarını dəstəkləməyən həyat yoldaşından boşanır. Filmdə tez-tez Betty və Kenny’nin uşaqlığından səhnələrin və Betty’nin qardaşını müdafiə etmək üçün keçdiyi çətin yolların şahidi olacaqsınız… Xoş izləmələr!

Leave a Reply

Your email address will not be published.