Braun Topeka Təhsil Şurasına qarşı

17 may 1954-cü ildə ABŞ Ali Məhkəməsinin yekdilliklə (9-0) dövlət məktəblərindəki irqi ayrı-seçkiliyin, Konstitusiyanın On dördüncü Dəyişikliyini pozduğuna dair qərar çıxardığı məhkəmə işi.

Bu qərar dövlətlərin qanunların səlahiyyətləri daxilində hər hansı bir şəxsə qarşı bərabərliyi inkar etməsini qadağan etdi. Qərarda ağdərililər və afrikan amerikalı tələbələr üçün ayrı təhsil müəssisələrinin mahiyyət etibarilə qeyri-bərabər olduğu elan edildi. Beləliklə, Ali Məhkəmənin “Plessi Ferqüsona qarşı” (1896) qərarında qeyd edilən “ayrı, lakin bərabər” doktrinasının xalq təhsili üçün tətbiq olunmaz olduğu qəbul edildi. Bu o qərar idi ki, ağdərililər və afrikan amerikalıları üçün ayrı dövlət müəssisələrini nəzərdə tutan qanunların bərabər qorunmanı pozmadığını müəyyən edirdi.

1954-cü il qərarı ciddi şəkildə yalnız dövlət məktəblərinə şamil olunsa da, digər dövlət müəssisələrində də ayrı-seçkiliyə yol verilməməsi nəzərdə tutulurdu. Məhkəmənin tarixindəki ən mühüm qərarlardan biri hesab edilən “Braun / Topeka Təhsil Şurasına qarşı” 1950-ci illərin sonları və 1960-cı illərdəki Amerika vətəndaş hüquqları hərəkatını ilhamlandırmağa kömək etdi.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.