“Xarici bazarlarda Azərbaycan fındığına həddən artıq tələbat var”

“AZƏRBAYCANDA QEYRİ-NEFT İXRACININ POTENSİALI” – mövzusunda Azexport portalının meneceri Ayxan Qədəşov ilə ProDemos-da canlı yayım olmuşdur.

“Məqsəd yerli malların xarici bazarda düzgün şəkildə təqdim olunmasıdır” deyən mütəxəssisimiz canlı yayım zamanı Azexport portalının mahiyyəti barədə məlumat vermişdir.

Qonağımız Ayxan Qədəşov koronavirus pandemiyasının qeyri-neft sektoruna təsiri və Azexport portalının digər xarici şirkətlərlə əməkdaşlığından  bəhs etmişdir.

Daha ətraflı məlumat üçün canlı yayımımızı izləməyi unutmayın!

Qeyd edək ki, yayım, eyni zamanda, ASAN Radionun (100 FM) efirindən də canlı yayımlanmaqdadır.

Leave a Reply

Your email address will not be published.