Azərbaycan və Türkiyə arasında pasportsuz səyahət dövrü başladı

10 dekabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol imzalandı.

Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri əsasında səfər edə biləcəklər. Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaqdır. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.

? Daha sadə dildə şərh etsək, Azərbaycan Respublikasından Türkiyə Respublikasına birbaşa səyahət edən vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi və ya digər sərhədkeçmə sənədləri əsasında səfər edə biləcəklər. Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına yerdəyişmə (tranzit) əsaslı uçuşla səyahət edib, yerdəyişmə ölkəsi Türkiyə Respublikası olan vətəndaşlar isə, ümumvətəndaş pasportu əsasında səfər edəcəklər.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#hüquq#qanun#dövlət#hüquqşünas

Leave a Reply

Your email address will not be published.