Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilat – Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE-yə) üzv olaraq qəbul edilib.

Bununla, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE-nin üzvlüyünə qəbul edilməsi Azərbaycan vəkillərinin Avropa təcrübəsindən bəhrələnməsinə, onların digər Avropa ölkələrində vəkillik təcrübəsi keçməsinə imkan yaradacaq.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE-yə üzv qəbul olunması eyni zamanda ölkəmizin imicinə də müsbət təsir göstərir.

Belə ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu təşkilatın hər zaman Azərbaycanı tənqid etdiyini, amma artıq Azərbaycana qarşı münasibətinin dəyişdiyini qeyd edib.

#AzerbaijaniBarAssociation #VəkillərKollegiyası #CCBE

Leave a Reply

Your email address will not be published.