Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verdi:

“Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”

Azərbaycan Respublikası ali təhsil müəssisələri
tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnaməyə əsasən, dövlət attestasiyası aşağıdakı formalar üzrə keçirilir:
– müəyyən fənnlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları;
– istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanı;
– buraxılış işinin müdafiəsi.

Mənbə:

https://nk.gov.az/media/files/c6209e29baefa1a527275e8e854020ed.pdf

http://www.e-qanun.az/framework/10328

Leave a Reply

Your email address will not be published.