İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib

Qanuna əsasən,

1. 211.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.”;

2. 211.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.”;

3. 211.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.”

Leave a Reply

Your email address will not be published.