Avropa İnsan Hüquqları Məhkəməsi mənim üçün nə edə bilməz?

1) AİHM daxili məhkəmələrin üzərində apellyasiya məhkəməsi kimi fəaliyyət göstərmir: o, işlərlə bağlı təkrar dinləmələr keçirmir; milli məhkəmələr tərəfindən verilən qərarları ləğv etmək, dəyişmək və ya işə yenidən baxmaq səlahiyyətinə malik deyildir.

2) Məhkəmə şikayət etdiyiniz hakimiyyət orqanı ilə bilavasitə sizin adınızdan heç bir əlaqə yaratmır, lakin müstəsna hallarda, Məhkəmə müvəqqəti müdafiə tədbiri qərarı ala bilər. Bir qayda olaraq Məhkəmə yalnız ərizəçiyə fiziki xətər yetirilməsi təhlükəsi ciddi ehtimal olunduğu halda bu tədbirə əl atır.

3) Məhkəmə ərizənizin tərtib edilməsi üçün Sizə hüquqşünas tapmaqda köməklik göstərmir və ya ərizənizin tərtib edilməsi üçün hüquqşünasınıza ödədiyiniz xərcləri sizə ödəmir.

4) Məhkəmə şikayətinizin ünvanlandığı Dövlətdə qüvvədə olan qanunvericilik ilə bağlı sizə heç bir hüquqi məlumat verə bilməz.

#AHIM#ECHR#ProDemos#AzerbaijaniBarAssociation#ELSAAzerbaijan

Leave a Reply

Your email address will not be published.