Atəşkəs nədir?

“Atəşkəs” termini sözün hərfi mənasında atəşin kəsilməsini nəzərdə tutur. Atəşkəsin rəsmi hüquqi izahı yoxdur, amma onu “üçüncü tərəfin müdaxiləsi nəticəsində hərbi zorakılıq aktlarının müvəqqəti dayandırılması” kimi təsvir etmək olar. Atəşkəs silahlı münaqişənin daha əhatəli və daimi həllinə nail olmaq üçün tətbiq olunur.
Azərbaycan və Ermənistan şənbə günü saat 12:00-dan başlayaraq Azərbaycan və Ermənistan qoşunları arasında münaqişədə həlak olmuş əsir və cəsədlərin dəyişdirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə atəşin dayandırılması barədə razılığa gəliblər.
Ümumi qayda olaraq, humanitar atəşkəs zamanı hər bir tərəf:
• Yeni qüvvə cəlb etmə əməliyyatlarından çəkinməlidir;
• Hər hansı bir hərbi əməliyyat və hər hansı bir kəşfiyyat əməliyyatından çəkinməlidir;
• Hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola biləcək və ya onun nəzarətində olan ərazini genişləndirə biləcək hər hansı yerləşdirmədən, hərəkətdən və ya hərəkətlərdən çəkinməlidir;
• Torpaqların minalanması dayandırmalıdır;
• Silah-sursat təchizatından çəkinməlidir;
• Mülki əhaliyə qarşı hər hansı bir zorakılıq və ya təcavüzdən çəkinməlidir;
• Sabotaj aktlarını dayandırmalıdır;
• Malların və insanların hərəkətinə hər hansı bir məhdudiyyəti dayandırmalıdır;
• Düşmən təbliğatı da daxil olmaqla, düşmən hərəkətlərinin hər hansı formasını dayandırmalıdır;
• Humanitar girişi təmin etməlidir;
• Atəşkəsi təhlükə altına ala biləcək hər hansı hərbi əməliyyatlardan çəkinməlidir.
Ölkələrdən heç biri onu pozmasa, atəşkəs davam etdiyi müddətdə ölkələr münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün konstruktiv danışıqları davam etdirəcəklər.
Müdafiə Nazirliyinin, XİN-in və Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan Respublikasının hərbi əməliyyatları dayandırması üçün yeganə şərt Ermənistan qoşunlarının Azərbaycan Respublikasına mənsub olan Dağlıq Qarabağdan və ətraf rayonlardan dərhal çıxarılmasıdır.
Hər birinizi səbrli olmağa və digər insanları demotivasiya edən dezinformasiya yaymadan gözləməyə dəvət edirik.

#ProDemos #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan #KarabakhisAzerbaijan

Leave a Reply

Your email address will not be published.