“Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” mövzusunda silsilə təlimlər

Dəyərli Tələbələr,
Bugün, 18, 19, 20 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun tam maddi dəstəyi ilə baş tutacaq “Açıq hökümət sahəsində gənclərin maarifləndirilməsi” mövzusunda silsilə təlimlərimizdə iştirak üçün QEYDİYYATIN SON GÜNÜDÜR! Üç gün davam edəcək təlimlər ərzində iştirakçılar açıq hökumət prinsipləri, bu sahədə həyata keçirilən tədbirlər, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq haqqında məlumat əldə edəcəklər.

Tədbir ərzində çay, kofe və yemək fasilələri, habelə iştirakçılara hədiyyələrin verilməsi nəzərdə tutulur.

Bir daha qeyd edək ki, təlimlərimiz üçün iştirak haqqı nəzərdə tutulmayıb, tam ödənişsizdir və tədbir sonunda hər bir iştirakçıya sertifikat veriləcəkdir.

Saat və məkan haqqında məlumatı sizlərlə bölüşürük:
18 oktyabr – Anatolia Hoteli – 10:30 – 17:00

19 oktyabr – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İnzibati binası (Azadlıq metrosunun yanı) – 10:30- 17:00

20 oktyabr – Anatolia Hoteli – 10:30 – 16:00

Qeydiyyatdan keçməyə tələsin!

Leave a Reply

Your email address will not be published.