ABŞ Ədliyyə Nazirliyi “Volkswagen” şirkətinə qarşı

ABŞ‐ın Ədliyyə Nazirliyi bu yaxınlarda “Volkswagen” şirkətinə qarşı cinayət işi qaldırmışdır. Belə ki, bu şirkətin istehsal etdiyi yeni avtomobillərdə ekoloji normaları yan keçə bilən proqram təminatı quraşdırılmışdır. Həmin proqram təminatı sayəsində avtomobil yüksək sürətdə idarə olunarkən çölə buraxılan karbondioksid qazının miqdarı normadan artıq olurmuş.

Məsələ ilə bağlı, ABŞ‐da ekoloji məsələlərə nəzarət edən dövlət qurumu 482000 avtomobilin geri çağırılaraq texniki nasazlığın aradan qaldırılması tapşırığını vermişdir. Eyni zamanda, yoxlamalar ərzində müəyyən olunmuşdur ki, sınaq zamanı avtomobillərin hava filtirləri normal işləsə belə, adi yol şəraitində qeyd olunan normalara avtomobil texniki baxımdan riayət edə bilmir. Nəticədə, havaya buraxılan tullantıların miqdarı normadan artıq olur. Burada söhbət 2009‐2015‐ci illər ərzində istehsal olunmuş dizel mühərrikli avtomobillərdən gedir.

Ümumiyyətlə, şirkətə tətbiq olunacaq cərimənin həcminin 18 milyard ABŞ dolları olacağı gözlənilir. Dünya üzrə bu cür avtomobillərin təxmini sayı isə 11 milyon ədəddir. Nəticədə, bir sıra digər ölkələr də alman avtokonserni barədə araşdırmalara başlamış və Koreya, Avstraliya və s. ölkələrin vətəndaşları “Volkswagen”ə qarşı məhkəmələrə müraciət etmişlər.

#ProDemos#ELSAAzerbaijan#AzerbaijaniBarAssociation#KarabakhisAzerbaijan#birqərar#hüquq#ədalət#cəmiyyət#xalqüçün#qanun#məhkəmə#yurisdiksiya#dövlət#düşüncə#hüquqşünas

Leave a Reply

Your email address will not be published.