190 azn birdəfəlik ödəməylə bağlı məlumatları bu nömrələrlə əlaqə saxlayaraq öyrənə bilərsiniz

190 azn birdəfəlik ödəməylə bağlı müvafiq məlumatları və imtina səbəblərini aşağıdakı dövlət qurumlarının çağrı mərkəzlərindən dəqiqləşdirə bilərsiniz:

• Mülkiyyətinizdə və ya istifadənizdə nəqliyyat vasitəsinin olub-olmadığını – “902” Baş Dövlət Yol Polis İdarəsi

• Torpaq pay mülkiyyətçisi olub- olmadığınızı -“193” Əmlak Məsələləri Dövlət Komitəsi

• Mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakın olub-olmadığını- “193” Əmlak Məsələləri Dövlət Komitəsi

• VÖEN-nin statusu barədə məlumat- “195-1” Vergilər Nazirliyi

• Mülkiyyətində və istifadəsində kənd təsərrüfatı texnikası olub-olmadığını -“16 52” Kənd Təsərrüfatı Nazirliyi

• Kənd təsərrüfatı üzrə subsidiya alması- “1652” Kənd Təsərrüfatı Nazirliyi

• Əyani və ya qiyabi təhsili olması barədə-“1653” Dövlət İmtahan Mərkəzi

Leave a Reply

Your email address will not be published.