1 yanvar 2022-ci il tarixində qüvvəyə minən vergi məcəlləsinə dəyişikliklər

1 yanvar 2022-ci il tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununda əks olunmuş dəyişikliklər qüvvəyə minib. Sözügedən dəyişikliklərin qüvvəyə minməsinin nəticəsi olaraq, aşağıdakılar ƏDV-dən azad olunub:

-Hərbi məqsədlər üçün istifadə olunan xüsusi proqram təminatları;
-İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin -idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
-Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;
-Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi;
-Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;
-Beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi;
-Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə.

Leave a Reply

Your email address will not be published.